Azərbaycanın "GoldenPay" ödəniş şirkəti ilkin kütləvi yerləşdirmənin( Initial Public Offering, IPO), aparılması üzrə planlarını təxirə salıb. Bunu şirkətin İdarə Heyətinin sədri Fərid İsmayılzadə “Biznes klass” layihəsinə müsahibəsində bildirib.
Xəbər verildiyi kimi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “GoldenPay” şirkətinin respublikada IPO keçirəcək ilk şirkət olacağını bildirmişdi.
“Hazırda ölkənin maliyyə bazarında müəyyən böhran müşahidə olunur , buna görə də biz bir qədər gözləmək qərarına gəldik. Gözləyirik ki, bir qədər zaman keçsin. Kapital bazarında yenidən sabitlik yaranan kimi biz bu istiqamətdəki addımlarımızı bərpa edəcəyik”,- deyə F.İsmayılzadə qeyd edib.
Onun sözlərinə görə, əgər vəziyyət yaxşılaşmasa, şirkət artıq bir neçə investisiya təklifləri alıb.
“Buna görə də hazırda IPO məsələsi əvvəllər olduğu qədər vacib deyil. Əgər biz bir müddət sonra xarici bazarlara çıxsaq, şirkətin dəyərini artıra biləcəyik, ola bilsin ki, biz öz səhmlərimizi Bakı Fond Birjasında deyil, London birjasında, onun kiçik şirkətlər üçün nəzərdə tutulmuş AIM bazarında və yaxud hər hansı digər birjada sata bildik. Lakin bu 3-5 il sonra mümkün ola bilər, hələ ki biz gözləmə rejimindəyik. Hazırda vəsaitə güclü ehtiyac duyulmur”,- deyə F.İsmayılzadə bildirib.
O qeyd edib ki, şirkət 1-1,5 mln. manat məbləğində investisiya cəlb etməyə hazırlaşırdı, buna görə də öz səhmlərinin 10%-ni satışa çıxarmaq istəyirdi.
F.İsmayılzadə şirkətin IPO hazırlığıana hazırlama səbəbləri barədə danışıb. “Biz görürük ki, şirkətimiz artıq bazarda öz yerini tutub, və gələcək inkişaf üçün əlavə investisiya əldə etmək zərurəti yarandı. Hazırda bizim əsas məhsulumuz hesab.az portalıdır. Bütün diqqət ona yönəlib.
hesab.az əvvəllər müxtəlif xidmətlərin ödəniş portalı olaraq nəzərdə tutulmuşdu. Daha sonra biz ora sığorta xidmətlərinin satışını daxil etdik və bu gün bu portala daxil olmaqla siz icbari sığorta polisi və səyahət sığortası əldə edə bilərsiniz. Biz həmçinin kinoteatrlara biletlərin satışına da başladıq. Daha sonra konsert biletlərinin satışını planlaşdırırıq.Bura aviabiletlərin satışını da daxil etmək niyyətindəyik. Həmçinin hərrac yaratmaq planımız da var. Hesab.az istifadəçiləri hərrac və yolu ilə və ya adi üsullu öz əşyalarını satışa çıxara biləcəklər. Bu planlar var və biz əldə etdiyimiz mənfəət hesabına onları tədricən həyata keçiririk. Biz düşündük ki, planların həyata keçirilməsini sürətləndirmək üçün investisiya cəlb etmək doğru olar”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, şirkət xarici bazarları öyrənib və əmin olub ki, bir çox ölkələrdə hələ ki belə sistemlər yoxdur, yəni onların yaradılması üçün imkan var.
“Şirkət şəffafdır qanunvericiliyə uyğun fəaliyyət göstərir, bütün rəqəmlər göz önündədir, audit və hesabatların təqdimində heç bir problem yoxdur. Bundan əlavə, bu günə qədər Azərbaycanda heç kim IPO etməyib, buna görə də bu məsələnin par tərəfi də var. Bu insanların bizə etimad səviyyəsini yüksəldə bilər. Bizim istifadəçilərimiz şirkətdə pay sahibi olmaqla onun əhəmiyyətinin artırılmasında maraqlı ola bilər və bununla da ətrafdakılara öz təcrübələri danışa bilərlər. Biz hərtərəfli düşünərək başa düşdük ki, Bakı Fond Birjasında səhmlərin satışı heç bir problem yaratmayacaq.
КРMG şirkəti 2-3 il müntəzəm olaraq bizim auditimizi aparıb. Biz proses və prosedurları möhkəmləndirmişik, korporativ struktur yaratmışıq. Lakin problem bundadır ki, hazırda ölkənin maliyyə bazarında müəyyən böhran müşahidə olunur, buna görə biz bir qədər gözləmək qərarına gəldik”,- deyə F.İsmayılzadə qeyd edib.
“GoldenPay” 2007-ci ilin iyul ayında təsis edilib, 2008-ci ilin dekabr ayında şirkətin onlayn ödənişlər portalı fəaliyyətə başlayıb.
“Paşa Bank”ın həyata keçirdiyi “Biznes Klass” layihəsi çərçivəsində azərbaycanlı iş adamları ilə müsahibələr aparılır.
A.Axundov