Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DSX) çərşənbə günü Gəncə şəhərində əmək yarmarkası təşkil edir. Bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.
Yarmarkada işsiz və iş axtaran vətəndaşlara 60-a yaxın müəssisə tərəfindən 380 vakant yer təklif olunacaq.
Ümumilikdə ilin əvvəlindən DSX tərəfindən müxtəlif regionlarda 55 əmək yarmarkası təşkil olunub.
R.Babayev