Fransanin Bakıdakı səfirliyi səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik nümayəndəlikdən məlumat verilib.
“O cümlədən, Fransanın Bakıdakı liseyi, universiteti və kitabxanasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi nəzərdə tutulur”, - deyə səfirlikdən qeyd ediblər.
Bunda başqa, bazar ertəsi səfrliyin binasında saat 15:0-dan etibarən Parisdə terror aktınən qurbanlarını anmaq üçün xatirə kitabı açılacaq. Arzu edənlər kitabda başsağlığı sözlərini yaza bilərlər.
Səfirliyin nümayəndəsinin sözlərinə görə, Bakı sakinləri Fransa xalqı ilə başsağlığı və həmrəylik ifadə edərək diplomatik missiyaya gəlməkdə davam edirlər. İnsanlar səfirliyin binası qarşısına güllər gətirirlər və şamlar yandırırlar.
F.İsazadə