Din xadimləri və dini icma rəhbərləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Belə ki, prezident İlham Əliyev bazar ertəsi Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Bakı
Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Gennadi Zelmanoviç, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilini təltif edib.
Din xadimləri və dini icma rəhbərləri Beynəlxalq tolerantlıq günü münasibətilə, Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafındakı xidmətlərinə görə təltif olunublar.
F.İsazadə