İstirahət günlərində Azərbaycanda baş vermiş 9 yol nəqliyyat hadisədində dörd nəfər həlak olub. Bu barədə bazar ertəsi Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.
Yol qəzaları nəticəsində 9 nəfər xəsarət alıb.
Şənbə və bazar günləri respublika ərazisində 120 cinayət işi qeydə alınıb, onlardan 43-nün üstü isti izlərlə açılıb.
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.
Həmçinin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 8, qanunsuz odlu silah saxlanması ilə bağlı 1 fakt qeydə alınıb.
R.Babayev