"Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində Gəncə, Göygöl, Tovuz və Ağstafadan olan 140 şagirdin cənub bölgəsinə səyahəti başlayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Hər şəhər və rayonda 35 məktəbli və 5 rəhbər olan aksiya iştirakçıları 4 gün ərzində Lənkəran, Lerik və Astarada olacaq, bölgənin tarixi yerləri, və istehsal müəssisələri ilə tanış olacaq. Tur-aksiya ölkə barədə ərtaflı məlumat qazandırmaqla məktəblilər arasında əlaqələrin qurulması və dostlar qazanmaq imkanı da yaradır.
Bu dəfəki aksiyada 32 şəhər və rayondan 1280 şagird Lənkəran, Quba, Şəki və Gəncəyə səfər edəcək.
Layihə başlayandan isə 74 şəhər və rayondan 3 mərhələdə 7 istiqamət üzrə, ümumilikdə 4 minə yaxın şagird “Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur-aksiyalara qatılıb.
F.Mehdiyev