2016-cı ildə “Nikoil” İnvestisiya Kommersiya Bankı 3 illik strateji inkişaf planını hazırlanmasını başa çatdırmağı planlaşdırır. Bu barədə İdarə Heyətinin sədri Vasili Xamaza bankın rəsmi saytına müsahibəsində bildirib.
“Növbəti ildə biz, bu sahədə dünyada tanınmış şirkətlərdən biri ilə bankın 3 illik strateji inkişaf planınıhazırlanmasını planlaşdırırıq”, - deyə V.Xamaza bəyan edib.
Onun sözlərinə görə, bankın mövqeyinə əsasən, hazırda əsas inkişaf istiqaməti innovasiya, texnologiya və xidmətin keyfiyyətidir. “Bank məhsulları üzrə komissiyalar və faiz dərəcələri üzrə rəqabət aparmaq dövrü artıq keçmişdə qaldı. Hazırda, bügün banklarda aşağı-yuxarı bənzər məhsul çeşidi, oxşar müddət və faiz dərəcələridir. Artıq müştərilər bank seçimi zamanı onun reputasiyası və rahatlığını, əməliyyatların texnolji əsasını və müştəriyönümlülüyünü rəhbər tuturlar”, - deyə o qeyd edib.
V.Xamaza əlavə edib ki, bank onlayn ödənişlər funksiyası iləyeni veb-saytı istifadəyə verib “Çoxyaxşı nəticələr göstərən, müştəri sayının aylıq artımını təşkil edən və onların hesabdakı qalıqlarını göstərən yeni NIKOİL|Forex xidmətini müştərilər üçün tədbiq etdik”, - deyə o bildirib.
Onun sözlərinə görə, 2015-ci ildə bank müştərilərə hüquqi şəxslər üçün çox-funksiyalı İnternet-Bank xidmətini təqdim edib. Bununla edilən bütün əməliyyatlar Dövlət sistemi olan “Asan İmza” elektron imzası vasitəsilə tamamilə təhlükəsizdir.
“Hazırda bizim üçün əsas prioritet – ölkə əhalisi üçün ən yaxşı İnternet və Mobil Bank sistemini həyata keçirməkdir. Cari ildə onun həyata keçirilməsi mümkün olacaq. Biz bütün gücümüzü bu tapşırığın həllinə sərf edirik, çünki bankçılığın gələcəyi texnologiyalarəsasında qurulur, belə ki, insana “divanda uzanaraq” bütün bank hesablarını, kreditlərini, kartlarını və əmanətlərini smartfondan idarə etməyə imkan verir. Və bu asan və cəlbedicidir”, - deyə V.Xamaza vurğulayıb.
“Nikoil” İKB 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. “Nikoil” İKB-nin səhmdarları “Topaz Investment”, “Nikoyl” SC, “Uralsib-İnvest” MMC və “ISR Holding”dir.
A.Axundov