“Nİkoyl” İnvestisiya-Kommersiya Bankının (İKB) ipoteka portfeli Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına 40 mln. manatı üstələyir. Bunu bankın İdarə Heyətinin sədri Vasili Xamaza bankın rəsmi saytına verdiyi müsahibəsində söyləyib.
“2015-ci il üçün “Nİkoyl”Bank AİF tərəfindən 6,5 mln. AZN məbləğində kredit limiti ayrılmışdır. Bundan əlavə, bankımızda olan ipoteka kreditləşməsini yüksək keyfiyyətini nəzərə alaraq, İpoteka Fondu bu il, 7,2 mln. AZN dəyərində ipoteka kreditini “BankTechnique”dən və 5,6 mln. AZN dəyərində “Bank of Azerbaijan”dan xidmət üçün bizə ötürüb”,- deyə V.Xamaza bildirib.
“Bundan əlavə, Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu il bankımıza əlavə olaraq 5 mln. manat vəsait ayırıb. Biz bu məbləği yüksək keyfiyyətlə 15000 AZN-dək məbləğdə, kredit risklərinin yüksək diversifikasiyasına nail olaraq, kiçik kənd istehsalçıları arasında yerləşdirdik. Belə borcalanların sayı artıq 700-ü keçib”,- deyə o əlavə edib.
“Nikoil” İKB 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. “Nikoil” İKB-nin səhmdarları “Topaz Investment”, “Nikoyl” SC, “Uralsib-İnvest” MMC və “ISR Holding”dir.
A.Axundov