SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin 1 noyabr 2015-ci il tarixinə abonentlərin sayı 1 mln. 799,392 minə çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
2015-ci ilin yanvar-oktyabr aylarında İB əhali arasında 68,111 min yeni abonent qeydə alıb. Onlardan 24,904 min abonent Bakı, Sumqayıt və Abşeron rayonunda, 43,207 min abonent ölkənin regionlarında qeydiyyata alıb.
2015-ci ilin oktyabr ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 7,778 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 3,001 mini Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 4,777 mini isə regionların payına düşmüşdür
Cari ilin oktyabr ayında əhali sektoru üzrə 142 milyon 862 min 309 kubmetr həcmində təbii qaz satılmış, ödəniş 113,2 faiz təşkil etmişdir. Onu da qeyd edək ki, 01 noyabr 2015-ci il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 125 590 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunmuşdur. Bundan əlavə, 331 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılmışdır.
Oktyabr ayında əhaliyə 142 mln. 862,309 min kubmetr təbii qaz satılıb. Ödəniş 113,2% təşkil edib( borclar nəzərə alınmaqla).
2015-ci il noyabrın 1-nə 125,590 min məcburi köçkün ailəsinə güzəştli şərtlərlə qaz verilib. Həmçinin 331 məscid və dini məbədə ödəənişsiz qazdan istifadə üçün limit ayrılıb.
N.Abbasova