Misirin Sinay yarımadası üzərində qəzaya uğrayan, Rusiyanın “Koqalımavia” şirkətinə məxsus “A321” sərnişin təyyarəsində partlayıcı qurğu olub. Bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov məlumat verib.
“Uçuş zamanı 1 kq. . trotil ekvivalentində partladıcı qurğu partlayıb. Bunun nəticəsində təyyarə havada parçalanıb, təyyarənin gövdə hissəsinin parçalanması və səpələnməsi bununla əlaqdardır”,- deyə Aleksandr Bortnikov RF Təhlükəsizlik Şurasının iclasında bildirib. İclasın videoyazısı çərşənbə axşamı “Rossiya1” telekanalı ilə nümayiş etdirilib.
Oktyabrın 31-də “Koqalımavia” şirkətinin Şarm-Əl-Şeyx-Sankt-Peterburq reysini həyata keçirən “A321” təyyarəsinin Misirdə qəzaya uğrayıb. Təyyarədə olan 217 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olub.