Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində azərbaycanlı rejissor Davud İmanovun SSRİ xalq artisti Lüdmila Qurçenkonun xatirəsinə həsr edilmiş “Peşəsi – aktrisa” sənədli filminin nümayiş etdirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-dən məlumat verilib.
Yaşasaydı bu il aktrisanın 80 yaşı tamam olacaqdı. Xatirə gecəsini “Rossotrudniçestvo” təşkilatının Azərbaycan nümayəndəliyinin sədr müavini Aleksey Konnov açıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Könül Şahmarqızı L.Qurçenkonun həyat və yaradıcılığı barədə danışıb.
1981-ci ildə lentə alınmış “Peşəsi -aktrisa” filmi böyük maraqla qarşılanıb.
Bu film geniş auditoriyaya tanış deyil, sənədli film gənc aktyor və kinorejissorlar üçün tədris vəsaiti kimi istifadə edilir.
Filmin rejissoru mərhum Davud İmanovun həyat yoldaşı Firuzə İmanova gecənin qonağı olub. O filmin yaranması və L.Qurçenkonun həyatı barədə maraqlı faktlar barədə söhbət açıb.
A.Zeydullayev