2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda qaz kondensatı da daxil olmaqla neft hasilatı 35 mln. 25,8 min ton təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-oktyabr aylarında 24 mlrd. 545,8 mln. kubmetr (azalma 2,7%) qaz hasil olunub.
Hökumətin proqnozlarına əsasən, 2015-ci ildə Azərbaycanda neft hasilatı 41 mln. 234 min ton, qaz hasilatı 30 mlrd. 110 mln. kubmetr təşkil edəcək.
2014-cü ildə Azərbaycanda ümumilikdə 41,9 mln. ton neft, 29 mlrd. 615,3 mln. kubmetr qaz istehsal olunub.
N.Abbasova