Azərbaycanda, o cümlədən bank sektorunda, dövlət təşkilatlarında və digər sahələrdə İnternet əlaqəsi bərpa olunub. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) məlumat verilib.
“Dünən baş verən hadisənin nəticələrinin aradan qaldırılmasıa dair işlər davam edir”, - deyə məlumatda qeyd olunur.
Bazar ertəsi saat təxminən 16:00 radələrində bütün ölkə ərazisində texniki problemlərlə əlaqədar İnternet kəsilib. Buna “Delta Telecom” MMC-nin (milli internet operator) DATA-Mərkəzində kabellərin alışması səbəb olub.
Azərbaycanda əsas internet trafik “Delta Telecom” (90%), qalanı “AzerTelecom”a (10%) məxsusdur.
A.Axundov