2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 33 mlrd. 518,7 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 5,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal gəlirlər 4,4% - 3,512 min manatadək artıb.
Bununla yanaşı, adambaşına pul gəlirləri 2015-ci ilin 10 ayı ərzində orta illik inflyasiya göstəricisindən 0,7 faiz bəndi çox olub.
Yanvar-oktyabr aylarında gəlirlərin 76,3%-i son istehlaka, 9,3 %-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 11,5% yığıma yönəldilib.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 30 mlrd. 385,4 mln. manat qalır ki, bu da 2014-cü ilin 10 ayının göstəricisindən 5,7% çoxdur.
A.Əzizov