Macarıstanın Aİ-nin qaçqınların qəbulu üzrə icbari kvotasına etiraz etmək hüququ var və Macarıstan bunu dekabr ayında edəcək. Macarıstan parlamenti hökumətə belə bir səlahiyyət verdikdən sonra ölkənin ədliyyə naziri Laslo Troçani çərşənbə axşamı belə bəyanatla çıxış edib.
Avropa KİV-lərinin məlumatına əsasən, o kvota ilə razılaşmayan ölkələrin də bu iddiaya qoşulacaqlarına ümid etdiyini bildirib.