Qazaxistan prezidenti Nursultan Nazarbayev prezident postunda onu əvəz edəcək namizəd tapmadığını etiraf edib.
“Məni əvəz edəcək birini axtararkən ətrafa nəzər salanda, hər kəsin əzilmiş olduğunu görürəm. Heç kim yoxdur, təkəm. Sizin başqa namizədiniz yoxdur, odur ki, məndən bərk yapışın”,- deyə o Astanada Hökumətin geniştərkibli iclasında bildirb.
“Məndən sonra gələn daha pis olacaq”- deyə o zarafatla əlavə edib.