Yaponiya Hökuməti Qazaxda tibb məntəqəsinin tikinti işlərini maliyyələşdirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Yaponiyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Bununla bağlı müqavilənin imzalanma mərasimi noyabrın 19-da olacaq. Sənədi Yaponiyanın Azərbaycandakı səfiri Tusukuo Takaxaşi və “İnkişaf -2006” İctimai Birliyinin icraçı direktoru Fizuli Abıyev imzalayacaqlar.
Layihə Yaponiya Hökumətinin”Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək. Layihənin dəyəri $102,573 min təşkil edir.
Ümumilikdə, bu proqram çərçivəsində Azərbaycanda mədəniyyət, səhiyyə, təhsil, ekologiya və kənd təsərrüfatı sahələrində ümumi dəyəri $17 mln. 585,664 min təşkil edən 206 layihə həyata keçirilib.
A.Zeydullayeva