Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ( SMPDK) tərəfindən bu il 150-yə yaxın standart qəbul edilib. Bu barədə jurnalistlərə çərşənbə günü komitənin sədri Ramiz Həsənov məlumat verib.
SOCAR şirkəti ( Azərbaycan Dövlət neft Şirkəti, ARDNŞ) və Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu Bakının Qaradağ rayonunda tikilən neft-qaz emalı və neft-kimya kompleksi (OGPC) üçün 140-a yaxın standart işləyib hazırlayıb”,- deyə R.Həsənov qeyd edib.
Onun sözlərinə görə, ümumilikdə bu günə qədər Azərbaycanda 900-ə yaxın milli və 20 min beynəlxalq standart qəbul edilib.
A. Axundov