SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neft Daşları” yatağında yeni quyu istismara verib. Bu barədə şirkətin saytında məlumat verilir.
“Kompleks Qazma İşləri Tresti tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 2500-2493 metr intervaldan sutkalıq 24 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib”,- deyə məlumatda qeyd edilib.
“Neft Daşları” yatağı 1949-cu ildən etibarən işlənir.
N.Abbasova