Manilada Asiya Sakit Okean İqtisadi Əməkdaşlığı sammitində olan Çin Xalq Respublikasının (ÇXR) sədri Si Szinpin İŞİD döyüşçüləri tərəfindən əsir alınmış Çin vətəndaşının öldürülməsi faktını kəskin şəkildə qınayıb. Bu barədə yerli KİV-lər məlumat verir.
O, Çin vətəndaşının öldürülməsini qınayıb və bildirib ki, Çin terrorun istənilən formasına qarşı çıxış edir.
Cümə axşamı ÇXR Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir: Terrorçuluq dünya ictimaiyyətinin ümumi düşmənidir. Çin Hökuməti terrorçuluq və onun istənilən təzahür formasına qarşıdır”.
Bəyanatda qeyd edilir ki, ÇXR Hökuməti mütləq cinayətkarları qanunvericiliyə uyğun şəklildə məsuliyyətə cəlb edəcək.
Daha öncə Çin vətəndaşı Fan Szinxueyin İŞİD döyüşçüləri tərəfindən edam edildiyi bildirilmişdi.