Azərbaycan və Rusiya ali məktəbləri Assosiasiyasının yaradılması hər iki ölkənin ali məktəbləri üçün faydalı olacaq. Bunu ADA-nın rektoru Hafiz Paşayev söyləyib.
“Çox maraqlı birlik formalaşdırılır- Azərbaycan və Rusiya Azərbaycan ali məktəbləri Assosiasiyası.Onun yaradılması həm Rusiya , həm də Azərbaycan ali məktəblərinin xeyrinə olacaq”,- deyə H.Paşayev cümə günü Bakıda Aqzərbaycan və Rusiya Ali məktəblərinin forumunda çıxışı zamanı bildirib.
Rektor qonaqlara ADA-nın yaranması və fəaliyyəti barədə məlumat verib.
“ADA-nın yaradılmasında və kompusların tikintisinə ən yaxşı xarici həmkarlarımızın təcrübəsindən istifadə olunub. Bizim xarici ədəbiyyatla zəngin müasir kitabxanası olan dörd binamız var”,- deyən rektor əlavə edib ki, daha iki korpusun açılması planlaşdırılır. Hazırda bu binaların tikinti işləri davam etdirilir.
Onun sözlərinə görə tələbələr ADA universitetində böyük həvələ təhsil alır, zamanlarının çoxunu burda keçirirlər.
“Əsas pedaqoq kollektivini toplayarkən çətinlik çəkirik. Bu məsələdə çətinlik ondan ibarətdir ki , bizim ali məktəbdə dərslər ingilis dilində tədris olunur”,- deyə o qeyd edib.
Buna görə də İKT, dəqiq elmlər sahəsində fəaliyyət göstərən pedaqoqlar və ali məktəblərlə əməkdaşlıq maraqlı olardı.
“Rusiya ali məktəbləri yüksək təhsil səviyyəsi ilə şöhrət tapıb. Biz Rusiya Diplomatiya Akademiyası və Moskvca Döpvlət Beynəlxalq Münasibətlər İnstitutu ilə sıx əməkdaşlıq edirik. Bizim əməkdaşlıq müqaviləmiz var”,- deyə o əlavə edib.
O həmçinin qeyd edib ki, bir çox azərbaycanlı tələbə Rusiya ali məktəblərində təhsuil alır, həmçinin ADA -da rusiyalı gənclər təhsil alırlar
“Ümumiyyətlə bizim ali məktəbdə 40 ölkədən tələbələr təhsil alır. Beynəlxalq fəaliyyətimiz bizim üçün çox faydalıdır və bu əməkdaşlığımızın gələcək inkişafına impuls verəcək”,- deyə ADA-nın rektoru qeyd edib.
“Bu forum tələbə və pedaqoq mübadiləsi üzrə sıx əlaqələr yaratmağa, birgə tədbirlər təşkil etməyə imkan verir. Assosiasiyanın yaradılması ali məktəblər arasında daha sıx əlaqə yaradılmasını nəzərdə tutur”,- deyə Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov öz çıxışında bildirib.
Ufa Dövlət Neft Universitetinin rektoru Ramil Baxtizin bildirib ki, cümə günü hökumətlərarası saziş imzalanacaq. “ Mən şadam ki bu forum məhz Bakıda keçirilir. Bu yalnız qarşılıqlı fəaqliyyət deyil, Azərbaycan və Rusiya xalqları arasında dostluğun bariz nümunəsidir. Buna görə hər iki ölkənin ali məktəbləri arasında da əlaqələr yaradılmalıdır”,- deyə R.Baxtizin qeyd edib.
O Bakıda təhsil aldığı illərlə bağlı xatirələrini bölüşüb. “ Mən hər il Bakıya gəlirəm. Bu şəhər mənim gənclik illərimlə bağlıdır, mən ali məktəbi və aspiranturanı Bakıda oxumuşam. Bakı hər zaman neft elmi şəhəri olaraq qalacaq”,-deyə o qeyd edib.
R. Baxtizin bilkdirib ki, rəhbərlik etdiyi ali məktəb Azərbaycan ali məktəbləri ilə bir sıra əməkdaşlıq müqavilələri imzalayıb.”Bizim ali məktəbdə azərbaycanlı tələbələr təhsil alırlar”,- deyə o əlavə edib.
https://www.youtube.com/watch?v=Q7-4JYl_ITk&feature=youtu.be
A.Zeydullayeva