Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Türkiyə Quru Qoşunlarının Komandanı ordu generalı Salih Zeki Çolak ilə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə cümə axşamı DSX-nin mətbuat xidməti məlumat verir.
Bununla əlaqədar, tərəflər arasında sərhəd təhküsəzliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, sərhəd təlimlərinin və birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə ölkələr arasında hərbi əməkdaşlığın uğurlu inkişafı xüsusilə vurğulanmış, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Quru Qoşunları arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
S.Çolak Bakını Ankaranın vacib tərəfdaşı adlandırıb.
E.Quliyev türk genaralına Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi, transsərhəd cinayətkarlığına qarşı mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi barədə məlumat verib.
R.Babayev