Rusiya Humanitar Universitetinin rektoru Yefim Pivovar Azərbaycan-Rusiya münasibətlərinə dair kitab hazırlamağı təklif edib.
“Biz ümumi platforma, proqram yaratmalı, tələbələrin görüşünü təşkil etməyik Bundan əlavə dövlətlərimizin əməkdaşlığı və dostluq tarixi barədə kitab hazırlamalıyıq”,- deyə Y.Pivovar cümə axşamı Bakıda Azərbaycan-Rusiya Universitetlərarası forumda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Bakı təhsil sahəsində həll vacib olan problemlərə dair unikal müzakirə meydanıdır.
Rektor Azərbaycan ali məktəbləri ilə əməkdaşlığın sənədlərlə möhkəmləndirildiyini bildirib.
“Biz Rusiya ali məktəblərində Azərbaycanşünaslıq proqramı həyata keçirən ilk ali məktəblərdənik Bizim ali məktəbdə Azərbaycan dilinin tədrisi üçün dərs vəsaiti hazırlanıb”,- deyə Y.Pivovar bildirib.
O , Azərbaycanın təhsil müəssisələrində rus dilində təhsilin olmasasını yüksək qiymətləndirib. “Azərbaycan mətbuatının 15%-i rus dillidir. Bu sevindirici haldır. Bütün bu faktlar ölkələrimiz arasındakı isti münasibətlərin və sıx əməkdaşlığın göstəricisidir. Bu ənənələr özlüyündə çox yaxşıdır, lakin onları hər zaman möhkəmləndirmək və genişləndirmək lazımdır”,- deyə Y.Pivovar qeyd edib.
“Rusiya ərazisində ən çoxsaylı diaspor Azərbaycan diasporudur. Biz azərbaycanünaslıq və rusşünaslıqla məşğul olmalıyıq”,- deyə o qeyd edib.
Bundan əlavə ali məktəbin rektoru söyləyib ki, Azərbaycana Rusiya, Rusiyaya isə Azərbaycan üzrə kadrlar lazımdır.
A.Zeydullayeva