2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin KASKO sığortası üzrə sığorta haqları 24,7 mln. manat təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 22,1% azdır. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramov cümə axşamı mətbuat konfransında bildirib.
“Əgər ötən KASKO üzrə sığorta haqlarının azalması bankların avromobil kreditləşməsi üzrə portfelinin azalması ilə əlaqədar olubsa, cari il bu birbaşa ölkədə avtomobil satışı həcminin azalması ilə bağlıdır”, - deyə O.Bayramov.
Onun sözlərinə görə, cari ilin yanvar-oktyabr aylarında sığortaçıların KASKO sığortası üzrə sığorta haqları 20,3 mln. manat təşkil edib, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 13,7% azdır.
“Ödənişlərin həcminin azalması bu npv üzrə bağlanan əqdlərin azalması ilə əlaqədardır”, - deyə O.Bayramov qeyd edib.
Bütövlükdə 2015-ci ilin yanvar-oktyabr aylarında sığortaçıların topladıqları sığorta haqlarının 8,8%-i və bütün bazarın non-life sığorta üzrə ödənişlərinin 19,5%-i KASKO sığortası üzrə sığorta haqlarının payına düşüb.
Xəbər verildiyi kimi, 2014-cü ildə sığortaçıların KASKO üzrə sığorta haqları 33,5% azalıb. Bu azalma 2014-cü ilin əvvəlindən avtomobil kreditlərinin verilməsi qaydalarının sərtləşdirilməsi və ölkəyə avtomobil idxalının 40% azalması ilə əlaqədardır.
Eyni zamanda, ötən il bu növ üzrə ödənişlər 2,2% artıb və sığorta haqlarının 75,7%-i KASKO sığortası üzrə ödənişlərin payına düşüb.
A.Axundov