2015-ci ilin 10 ayı ərzində Azərbaycanda tikinti materiallarının istehsal həcmi 366,9 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikada 2 mln. 275,5 min ton sement (artım 12,6%), 160,4 min ton tikinti gipsi (artım 1,1%), 19,5 min kubmetr beton konstruksiya (azalma 34,8%), 359,9 min ton asfalt (artım 4,3%) istehsal olunub.
Bundan başqa, 2015-ci ilin yanvar- oktyabr aylarında 10 min 497,8 min ton işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar (artım 2,5 dəfə), 229,9 min kubmetr tikinti kərpici (azalma 4%), 814,2 min ton hazır beton qarışığı (azalma 41,5%) istehsal edilib.
A.Axundov