O deyib ki, terrordan, təcavüzdən əziyyət çəkmiş Azərbaycan xalqı bu bəlanın nə olduğunu yaxşı bilir.
“Ötən əsrin sonlarında erməni ekstremistləri tərəfindən əzəli Azərbaycan torpaqlarında etnik təmizləməyə məruz qalmış, Xocalı soyqırımını yaşamış biz azərbaycanlıların həyəcan təbili, təəssüflər olsun ki, dünya birliyi tərəfindən vaxtilə lazımi diqqətlə qarşılanmadı”,- deyə QMİ sədri bildirib.
A.Paşazadə söyləyib ki, son günlər Livanda, Sinayda, ələlxüsus, Avropanın mərkəzində - Fransada baş verən terror aktları bir daha sübut edir ki, mədəniyyətlərarası, dinlərarası dialoq sahəsində hələ çox iş görülməlidir.
“Arzu edərdim ki, dünya birliyi – siyasi liderlər, beynəlxalq təşkilatlar, dini rəhbərlər birləşərək multikultural dəyərlərin zəfərini, ümumi evimizdə sabitlik və əmniyyəti təmin etsinlər”,- deyə o vurğulayıb.
Yalnız birgə səylər dünyanı terror bəlasından xilas edə bilər. Bunu Qafqaz Müsəlmaları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə söyləyib.
“Uca Yaradanımızın yaratdığı müqəddəs dəyər olan insan həyatına qəsd edənlərin nə dini, nə milli mənsubiyyəti yoxdur. Terror bəşəriyyəti təhdid edən ümumi bəladır və bu bəladan yalnız birgə səylərlə qurtula bilərik”, -deyə A.Paşazadə İsveçin Stokholm şəhərində “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda elmi konfransda çıxışı zamanı bildirib.
R. Babayev