2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 2,9%, icbari növlər üzrə 12,9% artıb. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatında qeyd edilir.
ASA-nın məlumatına görə, 2015-ci ilin 10 ayı ərzində könüllü sığorta növləri üzrə sığorta haqları 236,1 mln. manat təşkil edib. Sığortaçıların bütün sığorta haqlarının 62,3%-i könüllü sığorta növlərinin payına düşür.
Sığortaçıların icbari sığorta növləri üzrə sığorta haqları 142,8 mln. manatadək, xüsusi çəki 37,7% artıb.
Hesabat dövrü ərzində sığortaçıların bütün ödənişlərinin 74,1%-i könüllü sığorta növlərinin payına düşüb. Onların həcmi 103,8 mln. manat təşkil edib və ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 7,3% artıb. İcbari sığorta növləri üzrə ödənişlər 4,6% - 36,2 mln. manatadək artıb, xüsusi çəki 25,9%-ə bərabərdir.
ASA-nın məlumatına görə, 2015-ci ilin yanvar-oktyabr aylarında sığortaçıların həyat sığortası üzrə sığorta haqları 16% - 98,5 mln. manatdək artıb, xüsusi çəki 26% təşkil edib.
Hesabat dövründə sığortaçıların qeyri-həyat sığortası üzrə sığorta haqları 280,4 mln. manat təşkil edib, bu isə ötən ilin yanvar-oktyabr ayının göstəricisindən 3,5% çoxdur, xüsusi çəki 74% olub.
Sığortaçıların həyat sığortası üzrə ödənişləri 39,5% - 35,6 mln. manatadək (xüsusi çəki 25,4%) artıb, qeyri-həyat sığortası üzrə 1,4% - 1,04,4 mln. manatadək (xüsusi çəki 74,6%) azalıb.
Xəbər verildiyi kimi, 10 ay ərzində Azərbaycanda sığortaçıların sığorta haqları 378,9 mln. manat, ödənişləri 140 mln. manat təşkil edib.
A.Axundov