Müdafiə Sənayesi Nazirliyində etik davranış qaydalarına dair növbəti treninq keçirildi. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Tədbir “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan müddəaların icrası çərçivəsində təşkil olunub.
Treninq zamanı dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi kimi məsələlərə dair geniş müzakirələr aparıldı.
R.Babayev