2016-cı ildə Braziliyada keçiriləcək Olimpiya Oyunları zamanı terror aktlarının törədilməsi ehtimalı Rio–de- Janeyro ştatının hakim dairələrini narahat edir. Bunu jurnalistlərə ştatın təhlükəsizlik məsələləri üzrə katibi Xose Mariano Beltram söyləyib.
“Terrorçuluq bizi narahat edən bir nömrəli məsələdir. Braziliyada terror aktları olmayıb, lakin bu problem biizm üçün hər zaman prioritet yerdə dayanır”,- deyə o mətbuat konfransında bildirib.
X. M. Beltram qeyd edib ki, “ştat hakimiyyəti mümkün təhlükələrlə bağlı bülletenlər alıb”. Bununla belə, hakimiyyət lazım gələrcə bütün gücləri hərəkətə keçirmək imkanına malikdir.
“Biz hazırıq. Bütün strukturlar nə edəcəklərini bilir. Biz təhlükəsizliyin təmin edilməsi üzrə qızıl medal almaq istəyirik”,- deyə X.M.Beltram qeyd edib.