Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası tərəfindən gələn həftə 7 rayonda əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstəriləcək. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Ucar, Ağdaş, Bərdə, Tərtər, Ağdam, Ağcabədi və Zərdab rayonlarında yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin ediləcəklər.
R.Babayev