Yaponiya Hökuməti Samux rayonunda tibb məntəqəsinin tikinti layihəsini həyata keçirəcək. Bu barədə “İnterfraks-Azərbaycan” agentliyinə Bakıdakı Yaponiya səfirliyinin mətbuat xidməti məlumat verib.
Bununla bağlı noyabrın 20-də Yaponiya səfirliyinin və “Gənc liderlər” təşkilatının nümayəndələri arasında müqavilənin imzalanma mərasimiu olub.
Layihə “Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək. Layihənin dəyəri $102,091 min təşkil edir.
Ümumilikdə, bu proqram çərçivəsində Azərbaycanda mədəniyyət, səhiyyə, təhsil, ekologiya, kənd təsərrüfatı sahələrində ümumi məbləği $ 17 mln. 585,664 min təşkil edən 206 layihə həyata keçirilib.
A.Zeydullayeva