2015-ci ilin 9 ayı ərzində Azərbaycanda notariat orqanlarında qeydə alınmış məlumatlra əsasən 124 mindən çox körpə dünyaya gəlib. Bunu ədliyyə naziri Fikrət Məmmədov Milli Məclisin çap orqanı olan “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
Hesabat dövründə qeydiyyat orqanlarında 245 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, doğumun sayı 124 mini, nikahın sayı isə 50 mini ötüb. Bütövlükdə dövlət büdcəsinə 27 milyon manat rüsum ödənilib.
2015-ci ilin 9 ayı ərzində notariat orqanlarında aparılan əməliyyatların sayı 2.5 milyona çatıb.
R. Babayev