Gənclər və idman naziri Azad Rəhimov Çexiyanın təhsil, gənclər və idman naziri xanım Katerina Volaxova ilə görüş zamanı daha sıx əməkdaşlıq istiqamətində yeni layihələrin işlənib hazırlanmasının zərurəti müzakirə olunub. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verir.
K.Volaxova Avropa İttifaqının təsis etdiyi Vişeqrad Sazişi və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və Praqa ilə əməkdaşlığa görə Bakıya təşəkkür edib.
Hər iki ölkənin naziri öz ölkələrinin idman və gənclər siyasəti, bu sahələrdə həyata keçirilən layihələr haqda geniş məlumat verib, bu istiqamətdə əməkdaşlığın daha da möhkəmlənməsinin önəmini vurğulayıblar.
Çexiyaya rəsmi səfər çərçivəsində A.Rəhimov Avropa Olimpiya Komitəsinin 44- cü Baş Assambleyası və İcraiyyə Komitəsinin iclaslarında iştirak edir.
R.Babayev