Nazirliklərimiz təhsil sahəsində Rusiya-Azərbaycan əməkdaşlığına cavabdehdilər və həmkarlarımızı əlaqləri maksimum fəal inkişaf etdirməyə yönəldirik. Bu barıdı Rusiyanın təhsil və elm naziri Dmitri Livanov cümə günü jurnalistlərə məlumat verib.
“Elmi layihələrə gəlincə, biz Azərbaycan Elm Fondunun rəhbəri ilə fond ilə Rusiya
Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq proqramları imkanını müzakirə etdik”, - deyə D.Livanov bildirib.
Onun sözlərinə görə, bu cür proqramlara başlanacaq və istifadəyə veriləcək. “Onlar iki ölkənin alimləri üçün bizim üçün dövlət əhəmiyyətli elmi layihələrin reallaşdırılması məqsədilə, gənc aspirantlar, doktorantların mübadiləsi üçün, yəni elm sahəsində kadr potensialının artırılması üçün yeni imkanlar açacaq”, - deyə rusiyalı nazir vurğulayıb.
“Ali təhsil müəssisələrimizin, tələbələrin, alimlərin əməkdaşlığa artan marağının şahidi oluruq. Azərbaycan və Rusya Ali Təhsil Müəssisələri Assosiasiyasının yaradılması təhsil sahəsində bu əməkdaşlıq üçün hüquqi çərçivələrin yaradılması məqsədi daşıyır”, - deyə D.Livanov bildirib.
“Rusiyanın aparıcı ali məktəblərinin rektorlarının Bakıda həmkarları ilə görüşlərinin keçirilməsi, praktiki əməkdaşlıq məsələlərinin müzakirəsi çox mühümdür”, - deyə o bəyan edib.
Nazir qeyd edib ki, Assosiasiya çərçivəsində birgə elmi tədqiqatların aparılması, akademik mübadilə proqramlarının reallaşdırılması həyata keçiriləcək.
Bundan başqa, o qısa zamanda Assosiasiya tərəfindən əməkdaşlığa dair konkret layihələrin reallaşdırılmasına başlanacağına əminlik ifadə edib.
A.Zeydullayeva