Ermənistan tərəfi dünya ictimaiyyətinin Dağlıq Qarabağ probleminə ədalətli mövqedən yanaşmasından qorxur, buna görə də həqiqəti əks etdirməyən bəyanatlar verir. Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Haçıyev Ermənistanın XİN başçısı Edvard Nalbəndyanın “Aravot” erməni qəzetinə verdiyi müsahibəsindəki bəzi müddəaları şərh edərkən söyləyib.
“Ən əvvəl Dağlıq Qarabağ xalqı” anlayışı cəfəngiyyatdır. Dağlıq Qarabada Azərbaycan və erməni icmaları var ki, onlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin stausunun Azərbaycanın sərhədlərinin bütüövlüyü çərçivəsində təyin edilməsində iştirak edə bilərlər”,- deyə H. Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə E.Nalbəndyanın “Qarabağla bağlı heç bir məsələ Qarabağ xalqının icazəsi olmadan həll edilə bilməz” fikrinə münasibət bildirərkən söyləyib..
H.Hacıyev erməni nazirin “AŞPA –da Qarabağ üzrə məruzənin müzakirə edilməsinin guya təhülkəli ola biləcəyi, Dağlıq Qarabağ münaqişəsinin nizmalanması üzrə beynəlxalq manadata malik olan yeganə formatın ATƏT-in Mİnsk qrupu olması barəsində fikirlərini də əsassız hesab etdiyini bildirib.
“Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər və
Demokratiya Komitəsində Robert Uolter tərəfindən hazırlanmış məruzə və müvafiq qətnamə bir daha göstərir ki, Ermənistan dünya ictimaiyyətinin məsələyə ədalətli mövqedən yanaşmasından nə dərəcədə qorxur. Bu bir daha göstəri ki, Ermənistan qorxu içərisindədir. Azərbaycan tərəfi hesab edir ki, münaqişənin həlli hər hansı bir strukturun inhisarı altında ola bilməz”,- deyə XİN –in mətbuat katibi vurğulayıb.
O qeyd edib ki, AŞPA-dan başqa digər təşkilatlar da beynəlxlq sülh və təhlükəsizliyə təhdid olan münaqişəyə dair öz mövqeyini ifadə etməlidir. “Bununla yanaşı, münaqişənin nizamlanması prosesi zamanı ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, AŞPA, İnsan Haqları üzrə Avropa Məhkəməsi və digər təşkilatların qəbul etdiyi, nizamlanmanın siyasi-hüquqi bazasını təşkil edən sənədlər də nəzərə alınmalıdır. Danışıqlar prosesinə gəlincə isə, Azərbaycan münaqişənin həllinə töhfə vermək istəyən digər beynəlxalq təşkilatlarla da əlaqələri davam etdirəcək”, - deyə azərbaycanlı diplomat bəyan edib.
E.Nalbandyanın R.Uolterin məruzəsinin Dağlıq Qarabağda olmadığına görə obyektiv olmadığına dair iddialarına gəlincə, H.Hacıyev xatırladıb ki, erməni tərəfi özü bunu etməyə ona imkan verməyib. “Bu məsələdə də Ermənistan öncədən qeyri-konstruktiv mövqe tutdu. R.Uolter məruzəsində oradakı vəziyyəti əks etdirmək məqsədilə Ermənistan və Azərbaycanın işğal olunan torpaqlarına səfər etməyə hazır idi. Lakin, erməni tərəfi hər vəchlə buna mane oldu. Çünki, təkrar edirəm, Ermənistan beynəlxalq birliyin obyektiv qiymətləndirməsindən qorxur. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə gəlincə, onların 20 ildən artıq müddətdə fəaliyyəti münaqişədə status-kvonun qorunub saxlanılmasına xidmət edir. İşğAl və təcavüz olduğu kimi qalır. Bu səbəbdən bu (həmsədrlərin fəaliyyəti - İF-Az) yalnız Ermənistanın milli maraqlarına xidmət edir”, - deyə H.Hacıyev vurğulayıb.
F.Hüseynzadə