Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi əlavə informasiya-kommunikasoya avadanlığı və proqram təminatına dair tender elan edib.
Dərc olunan tender elanına əsasən, əlavə avadanlıq və proqram təminatı Agentliyin istifadə etdiyi İnformasiyanın idarəolunması Sistemi və digər sistemlər üçün nəzərdə tutulub.
Tender təkliflərinin qiymətləndirilməsi zamanı iki meyar nəzərə alınacaq: qiymət və texniki şərtlər.
Tenderin şərtlərinə görə, avadnalıq və proqram təminatı müvafiq müqavilə imzalanandan 45 gün sonra tədarük olunmalıdır.
Tenderdə iştiraka görə dövlət rüsumu 500 manat təşkil edir.
Tenderə dair təkliflərin qəbulu 8 yanvar 2016-cı ilə qədər həyata keçiriləcək. Tender proseduru yanvarın 11-də baş tutacaq.
A.Əzizov