İranın elm və təhsil naziri Əli Əsgər Fani noyabrın 23-dən 27-dək Bakıda səfərdə olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İranın Bakıdakı səfirliyindən məlumat verilib.
Ə.Faninin səfərinin məqsədi Bakıda keçiriləcək İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) 12-ci baş konfransı və İcraiyyə Şurasının 36-cı iclasında iştirak etməkdir.
F.İsazadə