Beynəlxalq Maliyyə Korporasiyası (IFC) noyabrın 24-də “Kiçik və orta sahibkarlığın inkişafına dəstək: Daşınar əmlakın yüklülüyü əsasında maliyyələşmə sahəsində islahatlara olan zəruriyyət” adlı konfrans təşkil edir. Bu barədə İFC-nin məlumatında bildirilir.
Tədbirdə bir sıra dövlət orqanlarının, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyinin və Mərkəzi Bankın, nümayəndələri ilə yanaşı bankların, bank olmayan kredit təşkilatlarının və lizinq şirkətlərinin təmsilçiləri iştirak edəcəklər.
A.Axundov