İranın daxili işlər nazirinin müavini və ölkənin böhran vəziyyətinin idarəedilməsi təşkilatının sədri İsmayıl Nəccar noyabrın 24-də Bakıya səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İranın Bakıdakı səfirliyindən məlumat verilb.
İ. Nəccar Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəsmi dəvəti ilə Xəzər dənizində fövqəladə hallarla mübarizə təlimlərinə baxış keçirmək üçün səfər edəcək.
F.İsazadə