Tehranda səfərdə olan Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov bazar günü İran prezidenti Həsən Ruhani ilə ikitərəfli əməkdaşlıq , regional və beynəlxalq siyasətin aktual məsələlərini müzakirə edib.Bu barədə Türkmənistan KİV-ləri məlumat verir.
Bununla əlaqədar olaraq Türkmənbaşı ticarət- iqtisadi əməkdaşlığa dair uzunmüddətli ikitərəfli proqram işləyib hazırlamağı təklif edib. Q.Berdımuhəmmədov İranın işgüzar dairələrinin nümayəndələrini Türkmənistanda istehsal güclərinin yerləşdirilməsi imkanlarını nəzərdən keçirməyi təklif edib.
Türkmənistan “Qazaxıstan-Türkmənistan-İran” dəmir yolu xəttinin və dəniz limanlarının böyük potensialını nəzərə alaraq nəqliyyat üzrə Türkmənistan-İran hökumətlərarası əlaqə komsiyyasının yaradılmasını və Türkmənistanda Xəzəryanı dövlətlərin dəniz limanlarının potensialının artırılması üzrə ilk beynəlxalq görüşünün keçirilməsini təklif edib.
Danışıqlar başa çatdıqdan və birgə bəyanatdan sonra ikitərəfli sənədlərin imzalanması mərasimi olub.Bu sənədlərin arasında Xəzər dənizində ticarət gəmiçiliyi, “Aşqabad-Türkmənabad” yüksəksürətli avtomobil yolunun layihəsi və “Marı-Məşhəd” elektrik xətlərinin tikintisi üzrə sənədlər də yer alıb.
Danışıqlardan sonra keçirilən brifinqdə H.Ruhani danışıqların məhsuldar keçdiyini, qaz və elektrik enerjisi sahəsində, nəqliyyat, avtomobil və dəmir yollarının tikintisi, kəndə təsərrüfatl, turizm və digər sektorlarda əməkdaşlığa dair konkret təkliflərə baxıldığını qeyd edib.
İran prezidenti həmçinin Xəzər dənizində , o cümlədən bəzi sərhəd neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, iki ölkənin limanları arasında daha fəal əməkdaşlıq imkanları, həmçinin Xəzərin hüquqi statusunun təyin edilməsi fəaliyyətinə dair bir sıra məsələlərin müzakirə edildiyini söyləyib.