Ulyanovsk Dövlət Universitetinin (UDU) rəhbərliyi Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-dən məlumat verilib.
“Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisovla ali məktəbin rektoru Boris Kostişko və onun müavini Tatyana Kirillova arasında keçirilən görüşdə RİMM və UDU arasında təhsil sahəsində əməkdşlıq perspektivləri müzakirə olunub
“Biz azərbaycanlı gənclərin bizim universitetdə təhsil almasını istəyirik”,- deyə B.Kostişko qeyd edib.
Ulyanovsk Dövlət Universiteti Rusiyanın ən gənc ali məktəblərindən biridir. O 1988-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı olaraq yaradılıb, 1995-ci ildə müstəqil universitet statusu qazanıb. Universitetin nəzdində 11 fakultə və institut fəaliyyət göstərir.
A.Zeydullayeva