Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində ölümlə nəticələnən silahlı insident baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilir.
Lerik rayon sakini İsgəndər Bəbirov qısqanclıq zəminində ov tüfəngindən atəş açaraq Bakı şəhər sakinləri Malik Muradovu qətlə yetirib, Nicat Şəmiyevə isə bıçaqla ayaq nahiyəsindən xəsarət yetirib.
Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Bəbirov tutulub.
Faktla bağlı cinayət işi qaldırılıb.
Yerli KİV-lərin məlumatına görə, həlak olan M.Muradov polis işçisi olub.
R.Babayev