Çərşənbə axşamı Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə“Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcək. Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Təlimlərdə nazirliyin xilasetmə qurumlarının, həmçinin, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Dəniz Administrasiyası və “BP” şirkətinin şəxsi heyəti iştirak edəcək.
Təlim Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində keçiriləcək.
R.Babayev