Dekabrın 2-də “Abşeron” qalereyasında Rəhim Həşimovun “Femina” adlı fərdi sərgisi açılacaq.Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Sərgi “Arts Council Azerbaijan”ın təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək .
Rəhim Həşimov Amadeo Modilyani, Qustav Klimt, Anri Matiss kimi rəssamların əsərlərindən ilhamlanaraq portretlər yaradır.
O deyib: “Hər rəssam istəyir ki, gözəl olanı əks etdirsin. Kimsə bunu mənzərə, kimsə natürmort yaradaraq həyata keçirir, mən isə qadınların portretini çəkərək edirəm. Axı qadın ən gözəl xilqətdir, özü də təkcə zahirən deyil, mənən də gözəldir”.
A.Zeydullayeva