Azərbaycanda “606 gün əsirlikdə və ya cəhənnəmdən qaçış” adlı sənədli film çəkilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə filmin yaradıcı heyəti məlumat veribş
Film Dağlıq Qarabağ müharibəsi zamanı erməni əsirliyinə düşən və xilas olan azərbaycanlılara həsr edilib.
Filmd Xankəndidə evlərin bilində kölə kimi saxlanılan əsirlərdən bəhs olunur. 606 gün amansız işgəncə və əziyyətlərdən sonra əsirlər qaçıblar. Filmin müəllifləri erməni əsirliyindən qaçan azərbaycanlıların 20 ildən sonra ilk dəfə görüşdüklərini danışırlar. Bu hadisənin Qarabağ müharibəsi tarixi ərzində ən inanılmaz olduğu vurğulanır.
Filmdə YouTube sosial şəbəkəsində yerləşdirilən Qarabağ müharibəsi haqqında materiallar və videokadrlar və müxətlif müəlliflərin müharibəyə dair şəkillərindən isitifadə olunub. 20 il öncə baş verən hadisələrin bərpası üçün filmin yaradıcıları 3D qrafikasından istifadə ediblər.
Qeyd edilir ki, filmin çəkilişlərində məqsəd Ermənistan-Azərbaycan müharibəsi barədə məlumatı dünya birliyinə çatdrmaqdan ibarət olub.
Filmin rejissoru Elşən Rüstəmov, prodüsseri Kamil Qədirov, montajçı Sənan Səfərovdur. Film Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Addım" Gənclərin İnkişaf Mərkəzi ictimai birliyi tərəfindən çəkilib.
F.İsazadə