“Unicapital” ASC ( “Unibank” ASC-nin törəməsi) nizamnamə kapitalını 1,5 dəfə-300 min manata qədər artırıb. Bu barədə bankın məlumatında bildirilir.
“Unicapital” ASC-nin nizamnamə kapitalı bir səhmin nominal dəyərinin 2 manatdan 3 manata qədər artırılması yolu ilə baş verib.
“Unicapital”ın 100% səhmdarı olan bank nizamnamə kapitalına 100 min manat məbləğində əlavə vəsait köçürüb”,- deyə məlumatda qeyd edilir.
“Unicapital” 2015-ci ilin oktyabr ayında müştərilərə 241,3 mln. manat məbləğində broker xidməti göstərib.
“Unibank" ASC 2008-ci ildən ixtisaslaşmış törəmə şirkəti-“Unicapital” vasitəsi ilə broker xidmətləri göstərir. Hazırda “Unicapital” investisiya şirkəti olmağı planlaşdırır.
“ Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb. Bankın nizamnamə kapitalında 66,21% 9 fiziki şəxsə,33,79% hüquqi şəxslərə, o cümlədən 112,15% AYİB-ə, 8,33% DEG-ə məxsusdur.
A.Axundov