Misirdə səyahətdə olan bütün rusiyalı turistlər ölkədən çıxarılıb. Bunu jurnalistlərə bazar ertəsi “Rosturizm”in rəhbəri Oleq Safonov söyləyib.
Daha öncə xəbər verilirdi ki, “Orenburq Hava Yolları” aviaşirkəti Misirdə qalmış rusiyalı turistləri ölkəyə gətirmək üçün noyabrın 30-na qədər bir neçə reys həyata keçirəcək,
Noyabrın 6-dan Rusiyadan Misirə uçuşlar qadağan edilib. Turizm operatorları və agentliklərinə Misirə tur satışlarını dayandırmaq tövsiyə edilib. Oktyabrın 31-də Sina yarımadasında “Koqalım Hava Yolları”na məxsus A321 təyyarəsinin partlamasına bombanın səbəb olma faktı üzə çıxdıqdan sonra bu qərar təhlükəsizlik tədbiri olaraq qəbul edilib.