“Vulkanın nəfəsi” sənədli filmi Qətərin Doha şəhərində keçiriləcək Əl-Cəzirə Beynəlxalq Sənədli Filmlər Festivalının müsabiqə proqramına dəvət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azanfilm” studiyasında çəkilmiş 23 dəqiqəlik film Azərbaycandakı palçıq vulkanlarından bəhs edir.
Filmin rejissoru Adil Azay, ssenari müəllifi Tofiq İsmayılov, operatoru Yuriy Varnovskiy, prodüseri Fariz Əhmədovdur.
Festival 26-29 noyabr 2015-ci il tarixlərində keçiriləcək.
Palçıq vulkanlarının dünyada ən çox cəmləşdiyi yer məhz Azərbaycandır.
A.Zeydullayeva