Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 24-nə manatın dollara nisbətən rəsmi məzənnəsini noyabrın 23-də qeydə alınmış 1,0511 manat/$1-a qarşı 1,051 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Mərkəzi Bankın saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0095% möhkəmlənib.
AMB noyabrın 24-nə manatın avroya nisbətən rəsmi məzənnəsini noyabrın 23-də qeydə alınmış 1,1156 manat/1EUR səviyyəsinə qarşı 1,1171 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,1344% ucuzlaşıb.
Noyabrın 24-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi noyabrın 23-də qeydə alınmış 0,0163 manat/1RUR səviyyəsinə qarşı 0,0159 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla nisbətən 2,4540% möhkəmlənib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov