Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası Azərbaycan hökuməti ilə BVF-nin IV maddəsi üzrə illik məsləhətləşmələrın keçirilməsi məqsədilə 2016-cı ilin I rübündə Bakəya səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fondun Bakı ofisindən məlumat verilib.
“BVF-nin missiyası təxminən gələn ilin yanvar-mart aylarında fondun nizamnaməsinin IV maddəsi üzrə illik məsləhətləşmələrin keçiriləməsi məqsədilə Azərbaycana səfər edəcək”, - deyə fonddan qeyd ediblər.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. Azərbaycan hökuməti 2006-cı ildən BVF-dən kredit almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində həyata keçirilir.
A.Əzizov